Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

«48 saatdan sonra Rusiya ordusu Ukraynaya girəcək»

«Əgər Rusiya tərəfdarları ələ keçirdikləri vilayət şəhər administirasiyalarını nəzarətdə saxlayacaqsa, o zaman Rusiya ordusu Ukraynaya daxil olacaq».
UNAİN-nın yaydığı xəbərə görə, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsindəbildirib.

«Uç gün bundan əvvəl mən öz məqaləmdəUkraynanın şərq vilayətlərində vilayət şəhər administirasiyalarına hücum ediləcəyini bildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusu Ukraynaya soxulacaq. Bu, eynilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baştutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi, əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyətihər şeyi əvvəlcədən hesablaya bilər», - Saakaşvili yazıb.

Onun fikrincə, indi ən başlıcası Ukraynanın şərq vilayətlərini qorumaq üçün tam hərbi səfərbərlikdir.
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP