Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropada üçüncü yeri tutub

Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından SalamNews-a verilən məlumata görə, çempionatın son iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 2 gümüş və 2 bürünc medal qazanıblar.

Gümüş medalları Həsən Əliyev (66 kq) və Rəsul Çunayev (71 kq), bürünc medalları isə, Kamran Məmmədov (59 kq) və Elvin Mürsəliyev (71 kq) əldə edib.

Ümumilikdə, 38 xal toplayan yunan-Roma güləşi yığmamız komanda hesabında Avropa çempionatını üçüncü sırada tamamlayıb. İlk sırada 54 xalla Rusiya, ikinci sırada isə 46 xalla Türkiyə yığmaları qərarlaşıb.
1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı