Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Hümsdə minalanmış maşının partlamasında müxalifətin 29 silahlısı ölüb

Daha bir şiddətli qarşıdurma isə Dəməşqin əl-Məliha rayonunda baş verib

Hümsdə “əl-Ənsar Batalyonu” adlanan qruplaşmanın ən azı 29 silahlısı bombanın partlaması nəticəsində ölüb.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, partlayış “əl-Ənsar Batalyonu” silahlılarının bir zirehli texnikaya partlayıcı yerləşdikləri zaman baş verib. Məlumata əsasən, onların planı minalanmış zirehli texnikanı hakimiyyətin mövqelərində partlatmaq olub ki, bu alınmayıb.

Ümumilkdə dünən Homsda gedən döyüşlərdə 50-dən artıq silahlının öldürüldüyü bildirlir.

Daha bir şiddətli qarşıdurma isə Dəməşqin əl-Məliha rayonunda baş verib. Burada hökümət qüvvələrinin nisbətən irəlilədiyi bildirilir.

Laziqiyyədə hakimiyyət və müxalifətin radikal islamçı qruplaşmaları arasında qarşıdurmalar və həmçinin Suriyanın şimal-şərqində kürdlərlə “İraq-şam İslam Dövlət” “DAİŞ” arasındakı döyüşlər son günlərdə də davam edib.
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24