Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

"Müdir maaşımızı özü alırdı" - Məcburi köçkün (Video)

Ağcabədi rayonunda məskunlaşmış Laçın rayonundan məcburi köçkün Əmirov Nəsimi qarşılaşdığı haqsızlıqlardan bezdiyini deyir. 

Avropa.info-ya müraciət edən məcburi köçkün bunları dedi: "1996-cı ildən 2005-ci ilə qədər Ağcabədi rayon Meşə İdarəsində fəhlə işləmişəm. 2005-ci ildən 2011-ci ilə qədər isə meşə gözətçisi olmuşam. Meşə Mühafizə və Bərpa İdarəsinə 2010-cu ildə yeni müdir təyin olunana qadər heç bir problemim olmayıb. 2010- cu ildə Cəfərov Müzəffəri müdür təyin etdilər. Elə o vaxtdan da günümüz qara olub".

Nəsimi Əmirov iddia edir ki, Müzəffər Cəfərov gələndən sonra maaş kartlarını alaraq özündə saxlayıb və maaşları mənimsəyib. Səbəbini soruşdiqda isə vəzifəyə pul verib gəldiyini deyib. 

"Mal-heyvanları meşə ətrafında otarırdım. Müzəffər Cəfərov bunun üçün məndən 2000 manat tələb etdi. Əks halda heyvanları otarmaq üçün yer verməyəcəyini dedi. Mən də məcbur olub 2000 manatı verdim. Maaş kartlarını bizdən almışdı. Maaşları özü alırdı. 2011-ci ildə işçilər şikayət etdilər. Ondan sonra kartları özümüzə qaytardılar. Çox keçmədi ki, kartları yenə istədilər. Hətta dedilər ki, maaşları çıxaranlar pulu da gətirsin. 2013-cü ildə heç bir səbəb olmadan işdən çıxarıldım. Bilmək istəyirəm ki, işdən niyə çıxarılmışam"-Nəsimi əlavə etdi. 

Mövzu ilə əlaqədar Müzəffər Cəfərovun mövqeyini öyrənmək istədik. Lakin bu cəhdimiz boşa çıxdı. Dəfələrlə zəng etməyimizə baxmayaraq M.Cəfərov telefonu açmadı. Mövzu ilə bağlı M.Cəfərovun mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Qeyd edək ki, M.Cəfərovun mətbuat əməkdaşlarına münasibəti aşağıdakı videoda aydın görünür.




1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı