Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Krımda ruslar Ukrayna hərbçisini güllələdi

Krımda rus hərbçisi Ukrayna ordusunun zabitini güllələyib.

Bu barədə Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk özünün Feysbuk səhifəsində yazıb.

“İnformasiya Müqaviməti”nin verdiyi məlumata görə, dünən gecə rus hərbi qulluqçusu Ukrayna xalqına sadiqliyini saxlayan bir zabiti güllələyib. Saat 23:45 radələrində Rusiya ordusunun kiçik çavuşu Zayçev onunla bir otaqda olan və geriyə qayıtmağa hazırlaşan ukraynalı mayora iki dəfə atəş açıb. Onunla bir otaqda qalan kapitan Artyom Yermolenko vəhşicəsinə döyülərək, rus hərbi hissələrindən birinə aparılıb” deyə Tımçuk qeyd edib.

Məlumata görə, öldürülən mayorun meyiti də ruslar tərəfindən götürülüb.
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı