Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Avropa Parlamenti əməkdaşlarının İrana gəlmələrinə icazə vermərik

Avropa Parlamenti əməkdaşlarının İrana gəlmələrinə icazə vermərik – XİN rəhbəri
“Avropa Parlamenti elə bir məqama sahib deyil ki, digər ölkələr barədə fikir irəli sürsün.”

SalamNews-un “Fars” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə Parlamentindəki çıxışında deyib.

O, yerli qanunverici orqanın Milli təhlükəsizlik komissiyası qarşısındakı çıxışında Avropa İttifaqı (Aİ) Parlamentinin İranla bağlı hesabat və qətnaməsini əhəmiyyətsiz saydığını bəyan edib: “Avropa İttifaqı Parlamenti digər ölkələrin vəziyyəti ilə bağlı fikir yürüdə bilməz. Onların buna səlahiyyətləri çatmır. İttifaq Avropa daxilində müsəlmanlara qarşı ikili standart siyasəti yürüdür. 90-cı illərdə bosniyalılara qarşı törədilən qətliyamlarda da bu məqsəd görünürdü. Onlar müsəlmanların İttifaqa girməsi məsələsində müxtəlif maneələr yaradırlar. Biz onlara icazə vermərik ki, İranda keçirilən son kütləvi seçkilər barədə hökm versinlər. Aİ Parlamentinə mənsub əməkdaşlarının İrana səfər etmələrinə icazə verməyəcəyik.”
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP