Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Bakıda böyük antisanitariya: 60 nəfər zibil içində yaşayır (Foto)

Bakının Səbail rayonunun 20-ci sahə qəsəbəsinin “Salyan yolu” adlanan ərazisinin 60 nəfər sakini antisanitariya şəraitində yaşamağa məcbur qalıb. Dörd ildən artıqdır ki, mənzillərinə yaxın ərazidə qoyulmuş zibil qutularına atılan zibillər zamanında yığışdırılmadığı üçün ətrafa dağılır və antisanitariya şəraiti yaradır.
Bu barədə sakinlər aznyusa müraciətlərində yazırlar. Onların bildirdiyinə görə, 4 ildən artıqdır ki, nəinki iy-qoxudan əziyyət çəkirlər, hətta hətta zibillikdən axan çirkab suları evlərinə axır və bununla da yaşamaq müşkülə çevrilir: “Ətrafa yayılan üfunətdən mənzillərdə rahat nəfəs almaq mümkün deyil. Zibil maşını həyətə daxil olanda kanalizasiya xəttini dağıdıb, çanaq antenaları sındırıb. Vətəndaşlar öz hesabına onları təmir etmək məcburiyyətində qalıblar. Yaxınlıqda fəaliyyətdə olan “Elay” Şadlıq sarayının işçiləri də bütün zibilləri gətirib bura tökürlər”.

Sakinlər deyir ki, həmin əraziyə 149 (19) saylı Mənzil İstismar İdarəsi baxır. Dəfələrlə aidiyyəti qurumlara şikayət olunmasına baxmayaraq, problem həll olunmur ki, olunmur. Məsələ ilə bağlı Səbail icra hakimiyyətindən bildiriblər ki, 149 saylı Mənzil İstismar İdarəsi 3 saylı XTMKB-ə tabedir, onlar əhalinin müraciətini nəzərə almalıdır. 149 saylı Mənzil İstismar İdarəsindən isə zibil qutuların daimi yerinin ora olduğunu, onların yerini dəyişmək səlahiyyətlərinin onlarda deyil, Bakı Şəhər 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyində olduğunu bildiriblər. 3 saylı XTMKB-dən isə deyiblər ki, zibil qutularının yerini yalnız Bakı şəhər İcra Hakimiyyəti dəyişdirə bilər. Göründüyü kimi səlahiyyətli qurumlar problemin həllini biri-birinin üzərinə atır. Həmişə olduğu kimi çanaq yenə də vətəndaşın başındfa çatlayır.


1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı