Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Rövnəq Abdullayevin səhvi ucbatından benzin günbəgün bahalaşır

Bu “islahat” neft şefinin şəxsi biznesini artırır

2013-cü ilin dekabrın 2-də Tarif Şurasının verdiyi qərarla qiymətlər qalxdı

Bir litr benzin:

Aİ-80 və Aİ-92 markalı benzin - 55 qəpikdən 70 qəpiyə,

Aİ-95 markalı benzin - 60 qəpikdən 80 qəpiyə,

Dizel yanacağı - 45 qəpikdən 60 qəpiyə oldu.

Amma son günlər ölkədə benzinin qiymətindəki növbəti artım vətəndaşları narahat etdi. Bu dəfəki artımdan Tarif Şurasının xəbəri yoxdur. Bu artım SOCAR prezidenti Rövnəq Abdullayevə məxsusdur. Daim qeyri-adilikləri ilə mətbuatın gündəmində olan SOCAR şefi sadəcə biznesini gücləndirmək üçün bu addımı atdı. Minlərlə işçisini səbəbsiz və qanunsuz çölə atan, 11 qurumu birdən ləğv edən, namaz qıldığı üçün 15 işçini bir saatda işdən çıxaran, günahsız insanların evini başına uçuran Rövnəq Abdullayev üçün benzinin qiymətini artırmaq və ya azaltmaq o qədər də çətin deyil.

R.Abdullayev Azərbaycanda istehsal edilən Ai-95-in deyil, xaricdə istehsal edilən premium 95–in qiymətini qaldırdı. Çünki premiumdan gələn gəlir birbaşa neft şefinin cibinə axır.

Premium-95 bazara xüsusi yollarla gətirilmiş yeni əmtəədir. Bunu Azərbaycan iqtisadiyyatına “Avro 4” standartı kimi sırıyan SOCAR prezidenti bu yolla Azərbaycan xalqına məxsus olan sərvəti istədikləri kimi talamaq imkanı əldə edib.

Çoxları bu gün də “Avro 4” nədir sualını verirsə, o zaman neftin başında oturanlar bu çaşbaşlıqdan yaxşıca yararlana bilər. Araşdıranda isə bəlli olur ki, Azərbaycana yalnız “Avro 4” standartlı maşınların gətirilməsinə icazə verilsə də SOCAR “Avro 4” standartına uyğun benzin istehsal edə bilmir. O zaman bu standart kimə və nəyə yarayır sualına gəlincə, artıq bunun cavabı verilib. Ölkəmizdə elə məmurlar var ki, onlar pambıqla baş kəsirlər. Yəni işlərini elə qururlar ki, nə şiş yanır, nə kabab. Nəticədə isə zavallı xalq soyulur, məmurun cibləri və xaricdəki bank hesabları şişir.

“Avro 3” standartına da uyğun gələn benzin istehsal edə bilməyən SOCAR-a “Avro 4” sərf edir, Premium -95-i xaricdə istehsal edib Tarif Şurasından kənarda istədiyi qiymətə satmaq üçün.

SOCAR ötən ilin ortalarında “Avro 3” standartlı benzin istehsalını təmin edən qurğular almağa başlayıb. Hələ qurğular tam quraşdırılmamış qəfil “Avro 4”ə keçid edib.

Bu yubanmanın da səbəbi avamlıq deyil, daha çox qazanmaqdır. Çünki həmin qurğuların alınması zamanı böyük yeyintilər olub. Belə ki, xaricdə 30-40 min avroya olan qurğuları SOCAR 200 min avroya sənədləşdirib. Amma bu qurğular ölkəmizə gətirilsə də istifadə edilməyib. Yəni “200 minlik” qurğular Azərbaycana gəlib çıxanda artıq ildırım sürətli neft şefi “Avro 4”ə keçid etmişdi.

Bayaq da qeyd etdiyimiz kimi “Avro 4” standartına məxsus olan benzin növü Azərbaycanda istehsal edilmir. Bu benzin xüsusi alqı-satqı yolu ilə xaricdən idxal olunur. Odur ki, bu benzinin qiymətini tarif şurası deyil, Rövnəq Abdullayev təyin edir. Onun “Avro 4” sevgisi və sürətinin də arxasında elə bu qiymət məsələsi dayanır.

Qeyd edək ki, bu benzinlə işləyən avtomobillər çox bahalıdır. Buna baxmayaraq, Bakıda kifayət qədər belə bahalı avtomobil var.

Amma paytaxtda olan avtomobillərin əksəriyyəti 92/93 benzinlə işləyir. Bu benzinləri isə Bakı Neft Emalı zavodu istehsal edir. İdxal olunan Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşüb.Bu benzin isə çox bahalı maşınlara vurulur. Deməli, əhalinin kasıb qismi üçün olan benzinin qiyməti qaldırılır, zənginlər az pul xərcləsin deyə onların lüks avtomobilləri üçün nəzərdə tutulan yanacaq isə ucuzlaşdırılır. Paradoks deyilmi…?/interpress/
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber