Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: Salam ələykum. Elm və texnoligiyanın, həmçinin internet və sosial şəbəkələrin genişlənməsi ilə ailələr üçün yeni məsələlər qarşıya çıxmışdır və onları sizə yazırıq: 1. Qız və qadınların, ata və ərlərinin xəbəri olmadan istədiyi şəxslərə məktub yazmaları, həmçinin oğlanların naməhrəm qızlara məktub yazmaları icazəlidirmi? 2. Kişi öz arvadından, qızından, ya oğlundan, ya bacısından internet vasitəsilə nə etdiklərini və fəaliyyətlərini etdiklərini və qarşı tərəfin kim olduğunu soruşduqda, "sizə dəxli yoxdur", ya "şəxsi işlərə qarışmayın", kimi cavablar verirlər. Bu nə qədər düzgündür? 3. Əgər arvad, yaxud övladlar başqaları ilə bu əlaqələri, xüsusilə də başqaları ilə gizlində danışmağı və haram əlaqələrə şübhə yaradan əlaqələri davam etdirsələr, ər və ata onların işlərinə dəxalət edə bilərmi? Başqa sözlə desək, ata və ərin belə məsələlərdə vəzifəsi nədir? Bir qrup mömin.
Ad: Bir qrup mömin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Naməhrəm kişi və qadının yazılı mesaj və danışıq yolu ilə əlaqə saxlamaları icazəli deyil. Birbaşa yazmaq və danışmaqda hansı həddə icazəidirsə, burda da həmin miqdarda icazəlidir. Qadının öz ərini şübhəyə salacaq hərəkətlər etməsi yaxşı deyil. Həmçinin övladların da hökmü budur və onların öz ata-analarını şübhəyə salacaq hərəkətlər etmələri yaxşı deyil. Üstəlik, bəzi vaxtlar bu iş haramdır. Məsələn, qadının rəftarı elə şübhəli olsa ki, ağıl baxımından ərin hüquqları ilə zidd sayılsa, ya övladın hərəkəti ata-ananın onları sevməsi və onlara mehribanlığı üzündən əziyyətinə, inciməsinə səbəb olsa, bu hərəkətlər haramdır.
Əgər bu problemi həll etmək gedib-gələn mesaj və danışıqların məzmunundan xəbər tutmağa bağlı olsa, öz ardınca qorxu gətirmədiyi surətdə bu iş (mesajların məzmunundan xəbər tutmaq) onlar üçün təyin edilir (yəni bu onların şəri vəzifəsi olur). Ümumiyyətlə, diqqət etmək lazımdır ki, ər və ata öz həyat yoldaşı və övladları qarşısında şəri baxımdan məsuliyyət daşıyırlar. Allah Taala buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)".
Zövcə və övlad da ər və ataya öz vəzifələrini yerinə yetirməkdə kömək etməlidirlər. Ər və ataya vacibdir ki, əmr be məruf və nəhy əz münkərin qaydalarına uyğun olaraq öz vəzifələrini həyata keçirsinlər.
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber