Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Dnestryanı da Rusiyaya birləşir

Növbə Moldovaya çatdı, Dnestryanı da Rusiyaya birləşir

Putinin Krımın ardınca Ukraynanın cənub-şərqini tutub Moldovaya girmək planları təsdiqlənir.

Ukraynanın şərq regionlarının hakimiyyət orqanlarının Rusiya tərəfdarları tərəfindən ələ keçirildiyi bir vaxtda Moldovanın Rusiya tərəfdarları olan Dnestryanı bölgəsi də Rusiyaya birləşmək qərarını elan etməyə hazırlaşır.

“Nezavisimaya qazeta” xəbər verir ki, Dnestryanı bölgənin Rusiyaya birləşmək qərarını bu gün xalqa müraciətində “prezident” Yevgeni Şevçuk elan edəcək.

Qəzetin xəbərinə görə, Şevçuk həmçinin Dnestryanı bölgənin Moldova ilə bütün danışıqları və təmasları dayandırdığını, münaqişənin nizamlanmasına dair “5+2” formatından (Moldova, Dnestryanı, Rusiya - münaqişə tərəfləri, ATƏT - vasitəçi, Avropa İttifaqı və ABŞ - müşahidəçilər) çıxdığını elan edəcək.
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP