Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Bəşər Əsəd Putinə "Mən, Yanukoviç deyiləm" mesajını göndərib

“Bəşər Əsəd Suriyada ilin sonunadək aktiv döyüşlərin başa çatacağını bildirib. Suriya lideri onu Ukrayna prezidenti Viktor Yanukoviçlə müqayisə etməməyi də xahiş edib”.

Bunu İmperator Pravoslav Fələstin Cəmiyyətinin sədri Sergey Stepaşin Suriya prezidenti Bəşər Əsədlə Dəməşqdəki görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Əsəd hazırda əla idman görkəmindədir. O, etdiklərinin doğruluğuna şübhə etmir. Əsəd Vladimir Putinə "Mən, Yanukoviç deyiləm" deməyimi də istədi”, - deyə o vurğulayıb.

Stepaşin Dəməşqdə təhlükəsizlik tədbirlərinin görüldüyünü də bildirib: "Əsədin komandasında düşmənlər yoxdur. Onun qohumları dərman ticarəti ilə məşğul olmurlar. Onlar döyüşürlər. Ölkə əhalisi də bunu bilir".
1205 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP