Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Donetsk respublikasının yaradıldığı elan edilib

Ukraynada Donetsk vilayət şurası Donetsk xalq respublikasının yaradılmasını elan edib. Ukrayna mətbuatının məlumatına görə, belə bir qərar Donetsk vilayət şurasının növbədənkənar toplantısında qəbul olunub. Şura deputatları Donetsk xalq respublikasının dövlət müstəqilliyi haqda bəyanat qəbul ediblər.

Toplantı zamanı həmçinin yeni yaradılmış respublikanın Rusiya Federasiyasına qəbulu haqda qərar verilib.

Donetsk vilayət şurasının binası önündə toplaşan şəxslər bu qərarı “Putin, bizə kömək et” şüarı ilə qarşılayıblar.
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12