Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Bakının girişi dəyişdirilir

Bakı-Ələt yolunun 4-6-cı km hissəsində bağlantı yollarının və piyada keçidinin tikintisi nəzərdə tutulub.

Bakı-Ələt yolunun 4-6-cı km hissəsində (Bayıl dairəsi ilə "Bibiheybət" məscidi arasında) bağlantı yollarının və piyada keçidinin tikintisi nəzərdə tutulub.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, orada 5 bağlantı yolunun olması planlaşdırılır. Bağlantı yollarının ümumi uzunluğunun 5711 metr olacağı nəzərdə tutulur. Bağlantı yollarından biri üçzolaqlı, biri altızolaqlı, digər 3-ü isə dördzolaqlı olacaq.

Paralel olaraq bu hissədə Bayıl dairəsi ərazisində yeni piyada keçidinin tikintisinə başlanılıb. Piyada keçidi 4 giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü 4 metr təşkil edəcək. Hazırda həmin ərazidə svay vurma və kommunikasiya xətlərinin köçürülməsi işləri həyata keçirilir.

Qeyd edək ki, bağlantı yollarının 3-ü vasitəsilə Su İdmanı Növləri Sarayına da giriş-çıxış mümkün olacaq.
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21