Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Rusiyanın Fətullah Gülənlə bağlı hesabatı

Hesabatda bildirilir ki, Rusiyada "Gülənin əsgərləri" adlı özəl kəşfiyyat təşkilatı fəaliyyət göstərir

Rusiyada dövlətə yaxınlığı ilə tanınan Strateji Araşdırmalar İnstitutu Türkiyədə dini icma lideri Fətullah Gülənlə bağlı hesabat hazırlayıb.

Hesabatda bildirilir ki, Gülən camaatının Rusiyadakı qolları tamamilə nəzarət altına alınıb. İnstitutun dini-etnik araşdırmalar mərkəzinin sədri Rais Süleymanovun hazırladığı hesabatda deyilir:

“Fətullah Gülən camaatı Rusiya Federasiyasında “gizli döyüş doktrinası” həyata keçirən bir təşkilatdır. Camaatın Rusiya torpaqlarında fəaliyyət göstərən özəl kəşfiyyat təşkilatı var. “Gülənin əsgərləri” adlandırılan bu təşkilatda Azərbaycan və orta Asiya ölkələrindən Rusiyaya təhsil almaq üçün gələn tələbələr də yer alıb. Camaatın Rusiya Federasiyasına girişi və fəaliyyətləri SSRİ-nin dağılmasından sonra başlayıb. İllər ərzində getdikcə kök atan təşkilatın 2008-ci ildə fəaliyyətlərinin miqyası daha da böyüdü. Buna görə də həmin il məhkəmə qərarı ilə Gülən camaatının fəaliyyəti qadağan edildi. Əsasən bacarıqlı tələbələri özünə cəlb edən Gülən camaatı bu tələbələrin yataqxana və təhsil xərclərini qarşılayır. Daha sonra həmin tələbələr arasında Gülənin maraqlarına xidmət etmək təbliğ edilir”./ans/
1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı