Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Qadınların diri-diri yandırıldığı Ağdaban – 22 il

1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndi azğın ermənilərin hücumuna məruz qalıb. Nəticədə kənd tamamilə yandırılaraq məhv edilib. Bu gün həmin faciənin 22-ci ildönümüdür.

130 evdən ibarət olan Ağdaban kəndində həmin gecə tarixin ən dəhşətli cinayətlərindən biri törədilib. Kəndə hücum edən erməni separatçıları 779 nəfər dinc kənd sakininə qeyri-insani işkəncələr verib. 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb.

Faciə zamanı itkin düşən 2 nəfərin taleyi hələ də bəlli deyil. 12 nəfər isə ağır bədən xəsarətləri alaraq əlil olublar.

Bununla kifayətlənməyən erməni vandalları tarixi, memarlıq və mədəniyyət abidələrini dağıdaraq məhv edib, müqəddəs ziyərətgah və qəbiristanlıqları təhqir etməkdən çəkinməyiblər.

Ağdaban kəndində klassik Azərbaycan şeirinin ustadı Ağdabanlı Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmalarını yandırıb talan ediblər.

Xatırladaq ki, 1993-cü il martın 26-da bu faciə bir daha təkrarlanıb. Bunun ardınca isə Kəlbəcər rayonunun işğalı gercəkləşdirilib. /axar/
1600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:42
38 yaşlı k