Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

“Ukraynanın cənub-şərqinə “Pravıy sektor” və 150 ABŞ döyüşçüsü göndərilir”

Rusiya XİN: “Ukraynanın cənub-şərqinə “Pravıy sektor” və 150 ABŞ döyüşçüsü göndərilir”

Ukraynanın cənub-şərqində, o cümlədən Donetsk şəhərində, “Pravıy sektor” qeyri-qanuni silahlı birləşmənin iştirakı ilə Ukraynanın daxili qoşunları və Milli qvardiya bölmələri cəmləşdirilir.

RBK-nın verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər idarəsi nazirliyin Facebook səhifəsində məlumat verib.

“Onlara Cənubi-Şərq sakinlərinin etirazlarının qarşısının alınması tapşırılıb. Təəssüfedici haldır ki, bu əməliyyata “Sokol” bölməsinin döyüşçülərinin formasını geyinmiş ABŞ-ın xüsusi "Greystone" hərbi təşkilatının 150 mütəxəssisi də cəlb edilib”, - məlumatda bildirilir.

Rusiya XİN Ukraynada vətəndaş müharibəsinə səbəb ola bilən hərbi hazırlıqları dayandırmağa çağırıb./apa/
1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07