Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

"Putinin hərbi gücdən istifadə etmək hüququ var"

Bu sözləri rusiyali millət vəkili, politoloq Vyaçeslav Nikonov deyib

Şərqi Ukraynada hər həftə sonu təşkil edilən etiraz nümayişlərində ölkənin federativləşməsi tələb olunur.

Rusiyali millət vəkili, politoloq Vyaçeslav Nikonovun fikrincə, Donetskdəki vəziyyətin siyasi yolla həlli üçün imkanlar hələ də var, bununla belə mumkundur ki, Rusiya hərbi sülhməramlıları "Xalq Şura"sinın müraciətinə cavab olaraq yerli insanlara kömək etsin.

Qeyd edək ki, Donetskdə etirazçılar regional inzibati binanı ələ keçirərək Rusiyaya qoşulmaq ucun may ayının 11-də referendum keçirməyi tələb edir. Bu məqsədlə “Xalq Şura”sı yaradılaraq Moskvaya müraciət olunub.

"Hər şey hər halda rəsmiləşdirilir və hələ onlar bu rəsmiləşdirilməsinə müdaxilə edə bilmir. Kiyev hökuməti qoşunlarını və ya xüsusi qüvvələrini bura göndərsə, daha da böyük partlayış olar. Bu halda Rusiyanın müdaxiləsinə səbəb ola bilər. Hər halda heç kim Prezident Putinə silahlı qüvvələrdən istifadə etmək hüququnu əlindən almayıb ", - deyə Vyaçeslav Nikonov bildirib.

Millət vəkili bildirib ki, Rusiya güc istifadə etmək niyyətində deyil. Rusiya rəsmiləri yalnız qan tökuləyəcəyi halda mudaxilə edə bilər. O, həmçinin Moskva ilə Ukraynanın ilk növbədə konstitusiyada islahat, federalizm və rus dilinin statusu haqqinda razilaşma aparmalı olduğunu qeyd edib.

Qeyd edək ki martın əvvəllərində Sergey Aksyonov Krımda sülh və əmin-amanlıq təmin etmək yardımı üçün Rusiya prezidenti Vladimir Putin müraciət edib. O vaxtdan bəri, Putin bu ölkədə siyasi vəziyyətin normallaşması üçün Ukraynada Rusiya silahlı qüvvələrindən istifadə etmək üçün Federal Şurasına müraciət edib razılıq əldə etmişdi./ans/
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi