Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

8 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında
Aprelin 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var.
Əsasən gecə və səhər saatlarında güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 4-7, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Aprelin 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin günün ikinci yarısında qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez biri-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38
DOLLAR 1,80 MANAT