Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Nikolayev vilayəti də Rusiyanı istəyir

Ukraynada Nikolayev vilayəti icra hakimiyyətinin qarşısında toqquşmalar baş verib

Ukraynada Nikolayev vilayəti icra hakimiyyətinin qarşısında polislə nümayişçilər arasında toqquşmalar baş verib.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, öncə binanın yaxınlığına bir qrup adam toplaşıb.

Milis onları əhatəyə alıb, aksiyaya qoşulmağa gələnlərin qarşısını almağa çalışıb. Lakin əllərində Rusiya bayrağını tutan 10-15 nəfər mühasirəni qıraraq nümayişçilərə qatılıb.

UNİAN agentliyinin məlumatına görə, etirazçılar artıq iki dəfə icra hakimiyyətinin binasına daxil olmağa cəhd ediblər.
1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu