Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Rusiya AŞPA-nı hədələdi

“Rusiya Avropa Şurası Parlament Assambleyasından çıxarılacağı təqdirdə ölkədə ölüm hökmü bərpa ediləcək. Ölüm hökmünə moratorium quruma üzvlük haqda sazişlə qoyulduğu üçün anlaşmanın pozulması ilə bu öhdəlik də qüvvəsini itirəcək.

Rusiya üçün həmçinin, Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarları qüvvədən düşmüş olacaq”.

Bunu Rusiya Federasiya Şurasının üzvü İqor Morozov “Exo Moskvı”ya müsahibəsində deyib. O, bu açıqlamanın Qərbə xəbərdarlıq olduğunu söyləyib: “Məhkum edilən rusiyalıların edam ediləcəyi haqda vədlə biz terror aktlarına qarşı deyil, sadəcə, Rusiyanın Avropa təşkilatından çıxarılmasının mümkünlüyünə qarşı olduğumuzu göstərmək istəyirik”.

Rusiya ombusmanı Ella Pamfolova da bu versiyanı təsdiqləyib. O, ümid elədiyini bildirib ki, AŞPA Rusiyanı qurumdan çıxmağa sürükləməyəcək, çünki “bu, rusiyalıların hüquqlarına zərbə olar”./musavat/
1429 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber