Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

İlham Əliyev bizi basdırmağa KİŞİ qoymadı!

Belə bir müdrik söz var: “Heç vaxt boş dayanmayın, daim hər hansı bir işlə məşğul olun. Bu, yaşlanmağa, stressə, intihara qarşı dünyada ən ucuz və təsirli dərmandır”. Bu müdrik məsləhətdən təzəlikcə xəbər tutsam da, ağlım kəsəndən o “ucuz və təsirli dərman”dan istifadə edirəm. Bəlkə, elə ona görə də ölkədə baş alıb gedən “intihar qripi”nə bir dəfə də olsun yoluxmamışam.

Məndə “iş” dərmanına elə asılılıq yaranıb ki, öz işlərimi bitirəndə də boş dayana bilmirəm, kişi işlərini də görürəm. Doğrudur, həmin işləri çox səliqəli edə bilməsəm də, amma etməyə məcburam: iki həftə əvvəl, divara suvaq vuran usta üçün sement kisəsini aparırdım, ayağım büdrədi, pilləkənlərdən yerə yıxıldım. Pilləkənlərdə qalan sement kisəsi sürüşüb üstümə düşəndə isə elə bildim ölmüşəm, artıq cəhənnəmdəyəm, sorğu-sualsız məni betonlayırlar. Arıq, zəiflikdən güclə ayaq üstə dayanan ustanın “ay bacı, o sementi mən apara bilmirəm, sən necə apara bilərdin?” zarıltısını eşidəndə, ölmədiyimə çox sevindim. Fikirləşdim ki, Allahım, nə yaxşı ölmədim, yoxsa bu yazıq usta bir kisə sementi daşıya bilmirsə, mənim meyidimi evə necə apara bilərdi. Ortalıqda qalan meyidim cəhənnəmə, zavallını sorğu-sualsız həbs edib, zindanda cinayətkar kimi çürüdəcəkdilər.

Son zamanlar xəsarət almaqda, Məşədi Ibad demişkən, bir növ, adətkərdə olmuşam. Əvvəlki illərdə aldığım xəsarətlər çoxdan sağalıb və unudulub. 2014-cü ilin xəsarət xronologiyası isə belədir: yanvar ayında qarı təmizləyəndə damdan, fevral ayında ağacların qurumuş budaqlarını kəsəndə nərdivandan, mart ayında isə pilləkənlərdən yıxılıb müxtəlif xəsarətlər almışam, böyük həyəcanla aprelin sonunu gözləyirəm. Əlbəttə, kişilər işsizlik, yoxsulluq, bərbad təhsil, səhiyyə, hakimiyyətin təzyiqi üzündən ölkəni tərk etməsəydilər, vaxtsız ölməsəydilər, nə damdan yıxılardım, nə də nərdivandan. Məmləkətdə elə kəskin başıpapaqlı qıtlığı yaranıb ki, bir toyuq kəsmək üçün də kişi tapmaq mümkün deyil.

Misal üçün, iki-üç gün əvvəl əlimdə çolpa küçəyə çıxdım ki, bəlkə, yoldan bir kişi keçər, çolpanı ona kəsdirərəm. Səhərdən axşama kimi bir əlimdə bıçaq, bir əlimdə çolpa gözləsəm də, məhəllədə bir başıpapaqlı gözə dəymədi. Qonşu qadın bəlkə, on dəfə dedi ki, “kişi-mişi gözləmə, ver kəsim, kişilərdən yaxşı kəsirəm”, milli adət-ənənə damarım tutdu, razı olmadım. Şeyximiz Hacı Allahşükür Paşazadədən tənha, dul, “mat-odinoçka”lar adından xahiş edirəm ki, ölkədəki kişi qıtlığını nəzərə alıb, dostu Ilham Əliyevlə məsləhətləşib, qadınların toyuq, quzu, dana başı kəsməyi ilə bağlı qərar qəbul etsinlər, ya da iş yerlərinə aparaq özləri kəssinlər, elə işləri onlar daha yaxşı bacararlar.

Yeri gəlmişkən, yaxşı olar ki, Ilham Əliyev məmurlarına tapşırsın ki, qadınlardan rüşvət alanda “sən get, ərin gəlsin” deməsinlər. Necə deyərlər, rüşvət verənin erkəyi, dişisi olmaz. Kim verdi, alsınlar, camaatı dağa-daşa salmasınlar. Məsələn, bu yaxınlarda bir arayış almaq istəyirdim, məmur bir xeyli fikrə gedib dedi ki, “xanım, bağışlayun, ərün var, süzün?”. Təəccüblə ona baxdığımı görüb əlavə etdi ki, “bilirsüz, qadınların qiyməti öldürdüyünü 10-15 il əvvəl bazarda kartof satanda bilirəm. Bir manatlıq kartofu onlara 50 qəpiyə, ərlərinə 2 manata satırdım. Indi siz istəyirsiz ki, min manatlıq arayışın qiymətini əlli manata salım? Olmaz, mümkün deyil, get, ərün gəlsin!”. Ilahi, Azərbaycan qadınlarının nə günahı var idi ki, vaxtilə kartof, gödəkçə, indi isə arayış, torpaq satan namərdlərin ümidinə qaldı?! Ilham Əliyev ölkədən mərd kişiləri elə boşaldıb ki, nəinki qadınlara dayaq olmağa, onları müdafiə etməyə, hətta cənazələri yerdən qaldırmaq üçün kişi tapmaq müşkülə dönüb. Elə ona görə də Hacıbala Abutalıbov deyir ki, “bu ölkədə bir kişi var, o da Ilham Əliyevdir”.

Bəli, Ilham Əliyev elə BIR kişidir ki, 9 milyon vətəndaşı atasının yadigar qoyduğu TORBAya doldurub, uçuruma aparır: TORBAsına girməyə etiraz edən mərd, ləyaqətli oğullar öldürülür, həbs edilir, ölkədən didərgin salınır. Hacıbala Abutalıbov əllərinə xına qoya bilər, Ilham Əliyev cənazəmizi yerdən qaldırmaq üçün də bu ölkədə KIŞI qoymadı!

Məlahət Ağancanqızı/azadlıq
1712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46
MTN