Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Ordusu olmayan ölkələr

Bu ölkələrin əsgəri və ordusu olmasa da, onların təhlükəsizliyini güclü dövlətlər təmin edir.

Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin əsgəri və ordusu olmasa da, onların təhlükəsizliyini güclü dövlətlər təmin edir.

1. Vatikan - Polis səviyyəsində xidmət edən İsveçrəli mühafizəçilər tərəfindən qorunur.

2. İslandiya - ölkədə 1869-cu ildən ordu yoxdur. Birləşmiş Krallıq ilə təhlükəsizlik müqaviləsi var.

3. Solomon Adaları - Ölkədə ordu yoxdu.

4. Marşal Adaları - Amerika Birləşmiş Dövlətləri tərəfindən qorunur.

5. Tuvalu - İngiltərədən 1978-ci ildə ayrıldıqdan sonra ordu yoxdur. Ölkədə kiçik bir polis təşkilatı var.

6. Palau - Heç vaxt ordusu olmayıb.

7. Qrenada - 1983-cü ildə ABŞ tərəfindən işğal olunandan sonra ölkədə ordu yoxdur.

8. Lixtenşteyn - Çoxlu xərc tələb etdiyi üçün 1868-ci ildə ordu ləğv edilib. İsveçrə tərəfindən qorunur.

9. Andorra - 1993-cü ildə imzalanmış müqaviləyə görə, təhlükəsizliyi İspaniya və Fransa təmin edir.

10. Kosta Rika - Konstitusiyaya görə, 1949-cu ildən ölkədə ordu yaratmaq qadağan olunub.

11. Monako - Bu ölkənin qorunması Fransaya məxsusdur.

/interaztv.com/
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07