Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

22 hərbçimizin 17-si qeyri-döyüş şəraitində həlak olub

Dəhşət: bu il 22 hərbçimizin 17-si qeyri-döyüş şəraitində həlak olub
Ordudan gələn faciəli xəbərlərin ardı-arası kəsilmir.

Aprel ayının ilk 8 günündə ordumuz qeyri-döyüş şəraitində 2 zabitini və 3 əsgərini itirdi. Bir yüksək rütbəli zabitimiz və 4 əsgərimiz ağır yaralandı.

Aprel ayının 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asdı. Səbəb hələ də məlum deyil. Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Əldə etdiyimiz məluata görə isə Natiq Malıyev bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıbmış.

Aprelin 7-də axşam saatlarında ordumuzdan daha bir bəd xəbər gəldi. Bu dəfə N saylı hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan güllə onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəydi. Əsgər İ.İsmayılov dünyasını dəyişdi. R.Əliyev isə ağır yara aldı.

Bu gün də səhəri ordumuzdan gələn faciəli xəbərlə açdıq. Cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində səngərbərkitmə işləri aparan əsgərlərimiz minaya düşdü. Minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişdilər. 4 əsgərimiz isə ağır yaralandı.

Xatırladaq ki, mat ayının 31-dək müdafiə sektorunun itkiləri 17 nəfər, yaralanan və ya xəsarət alanların sayı isə 25 nəfər idi.

Qeyd edək ki, bu məlumat “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən yayılıb.

Martın 31-dək dünyalarını dəyişənlərin 5-i döyüş (erməni gülləsi), 12-i isə qeyri-döyüş itkiləridir.

3 nəfər avtoqəzadan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 6 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 15-i Müdafiə Nazirliyinin, 2-i Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (25 nəfər) onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 3-ü intihara cəhddən, 2-si erməni gülləsindən, 2- nəfər mina partlayışından, 6-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 22 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Ümumilikdə bu il ərzində 22 hərbçimizin 17-si qeyri-döyüş şəraitində həlak olub./virtualaz/
1225 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43