Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

İtən təyyarənin sərnişinləri Qəndəhardadır?

Malayziyaya məxsus “Boeing” təyyarəsinin sərnişinləri sağdırlar və Əfqanıstanın Qəndəhər vilayəti yaxınlığındadırlar. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya xüsusi xidmət orqanlarındakı anonim mənbəyə istinadən “Moskovskiy Komsomolets” xəbər yayıb. Mənbə bildirib ki, bu versiyaya daha bir neçə ölkənin kəşfiyyat xidməti əmindir. Təyyarəni Pakistan terrorçusu qaçırıb. Onun məqsədi 20 asiyalı mütəxəssisi Əfqanıstanla sərhəddə bunkerdə saxlamaqdan ibarətdir. Terrorçular üçün xüsusi maraq kəsb etməyən qalan sərnişinlər isə Əfqanıstandadırlar. Onlar hərəsində 7 nəfərlik qruplarla kiçik evlərə bölüşdürülüblər. Təyyarənin özü qırıq qanadı ilə qrunt yoldadır. Həmin yola layner sərt eniş edib. Terrorçuların motivləri hələlik məlum deyil. Versiyalardan birinə əsasən, terrorçuların çinli mütəxəssisləri ələ keçirməsində məqsəd Pekin və ya Vaşinqtonla alver etməkdən ibarətdir.

Qeyd edək ki, axtarış qrupları Malayziya üzərindəki səmada bir ay öncə yoxa çıxan təyyarənin hələ heç bir izini tapa bilməyiblər. Yalnız o məlumdur ki, Kuala-Lumpur – Pekin reysi ilə uçan layner birdən-birə əlaqəni itirib və radardan yoxa çıxıb.

Qeyd edək ki, bu xəbər rəsmən təsdiqini tapmayıb.
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber