Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: 1. Bir xanım ərindən təlaq alıb, lakin müəyyən səbəblərdən (ev məsələsinə görə) zaksla ayrılmayıblar. Bu halda qadın iddə gözlədikdən sonra başqası ilə ailə həyatı qura bilərmi, yoxsa zaksla da ayrılması vacibdir? 2. Boynunda orucun kəffarəsi olan şəxs onları ödəyə bilməyəcəyini bilir (kasıb olduğu üçün pul ilə də kəffarə çıxarda bilmir və qəza orucları olduğu üçün qəzalarını tutmalıdır), bu halda "istiğfar" etməsilə kəffarə onun zimməsindən götürülərmi?
Ad: , Ölkə: Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
1. Əgər talaq alıb və iddə gözləyibsə, başqa ərə getməsi üçün şəri cəhətdən iradı yoxdur.
2. Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən dörddə üç kiloqram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma vacib-ehtiyata əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.
1592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54
<