Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Azərbaycanda bu il Həcc ziyarətinin başlanma tarixi açıqlanıb

Azərbaycanda Həcc ziyarətinə səfərin başlanma tarixi və səfər müddəti məlum olub.

QMİ-dən verilən məlumata görə, Azərbaycan gedəcək zəvvarların Həccə səfəri sentyabrın 23-dən başlayacaq.

İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban Bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan etibarən nəzərdə tutulur.

Bu il Azərbaycanda Qurban Bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) avia şirkəti həyata keçirəcək.

Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir./apa/
1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber