Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Türkiyədə pilot iki nəfəri girov götürdü

Pilot Yavuz Özsoy evindən çıxaraq ticarət mərkəzinə gedib. İkinci mərtəbəyə qalxan pilot ev alqı-satqısı agentliyinə girərək içərdəki iki nəfəri tapança ilə qorxudaraq girov götürüb.

"Məni MOSSAD agentləri izləyir" deyən pilot əmlakçı və müştərisini girov götürüb.

Dərhal polisə məlumat verilib. Polis 20 dəqiqə danışaraq pilotu razı sala bilib. Pilot silahını polisə verərək təslim olub.

Həbs edilən Yaşar Özsoy izahat verib. Onu şizofreniya xəstəsi olduğu üçün əsəb xəstəlikləri xəstəxanasına yerləşdiriblər. Hadisə günü pilotun uçuşu olduğu iddia edilib.

Qeyd edək ki, iki il bundan qabaq İstanbuldan Vaşinqtona uçan təyyarə Atatürk hava limanından qalxmış, lakin təyyarədə nasazlıq yaranmışdı. Kapitan pilot Yavuz Özsoy və köməkçi pilotlar yanacağı dənizə boşaldaraq təyyarəni sağ- salamat yerə endirmişdi./avropa/
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı