Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Badamdardan həyəcanlı xəbər

Vəkil Aslan İsmayılov polisin vətəndaşa qarşı təxribat hazırladığını deyir

Badamdar qəsəbəsində polis və mülki geyimli şəxslər Zakir Hüseynov adlı vətəndaşa qarşı təxribat törətmək istəyir. Bu barədə “Azadlıq”a tanınmış vəkil Aslan İsmayılov məlumat verib. Onun sözlərinə görə, Zakir Hüseynovla keçmiş kürəkəni arasında problem yaranıb: “Zakir Hüseynovun qızı 2 ay gəlin olduqdan sonra dözülməz şəraitdən ata evinə qayıdıb.Bundan sonra kürəkən Tural Əhmədov daim qayınatasına zəng edib, təhdid edib, onu deşik deşik edəcəyi barədə smslər yazıb ki, qızını qaytarsın. 17 fevral 2014-cü il tarixdə kürəkəni 4 nəfərlə onun evinə gəlib. Həmin şəxlərdən biri polis əməkdaşı olub. Onlar Zakir Hüseynovun qızını zorla geri qaytarmaq istəyib. Zakir Hüseynov buna razılıq vermədikdə onu öz evində ölümcül döyüblər”.
Vəkilin sözlərinə görə, bundan sonra Zakir Hüseynov təcili yardım xəstəxanaya aparıb. Ona çoxlu sayda xəsarət yetirildiyi, burun sümüyünün sındırıldığı müəyyən edilib. Dərhal hadisə yerinə gələn polislər izahat alıb. Heç bir tədbir görülmədiyindən Zakir Hüseynov dəfələrlə Ramil Usubova, Zakir Qaralova şikayət ərizələri yazıb. Amma Səbayel Rayon Polis İdarəsi Zakir Hüseynovun özünə xuliqanlıq ittihamı irəli sürüb. “İş materialları tam saxtalaşdırılıb. Bunun səbəbi odur ki, Zakir Hüseynovun yeznəsinin valideynləri vəzifəli şəxslərdir. Onun anası Nazirlər Kabinetində, atası isə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tuturlar. Zakir Hüseynovu həbs etmək istəsələr də, vəkilin müdaxiləsindən sonra sərbəst buraxıblar. Amma itiiham qüvvəsində qalır”, - deyə Aslan İsmayılov bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Badamdarın sahə müvəkkili və mülki geyimli şəxslər Zakir Hüseynovun evinə gəlib. “Zakir Hüseynovun anası, yaxından tanıdığım Lalə xanım və atası, professor, elmlər doktoru Əli müəllim mənimlə əlaqə saxlayıb. Hazırda mən onların evinin qarşısındayam. Bura iki maşın keşik çəkir. Onlardan biri 90 FC 404 nömrə nişanlı “Mercedes”, digəri isə 10 XC 999 nömrə nişanlı “Lexus”dur. Hər ikisində mülki geyimli şəxlər var. Sahə müvəkkili Cavad Cavadov da onlarladır. Mülki geyimlilərdən biri özünü əməliyyatçı kimi təqdim edib. Onlar iddia edirlər ki, baş verənlərinin onlara dəxli yoxdur. Mən hazırda burdayam. Gözləyirlər ki, Zakir Hüseynov çölə çıxsın və ona qarşı hər hansı təxribat törətsinlər”.
Vəkil bildirib ki, hadisə barədə Bakı Şəhər Prokuroluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib. “Lakin heç bir nəticəsi yoxdur. Açıq aşkar dərəbəylikdir. Sizin vasitənizlə bir daha Zakir Qaralov və Ramil Usubova müraciət edirəm ki, bu özbaşnalığın qarşısını alsınlar”,- deyə Aslan İsmayılov vurğulayıb.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat