Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Kürdlər Ərdoğanı hədələdi

Kürd Fəhlə Partiyasının (“PKK”) da daxil olduğu Kürd Cəmiyyətləri İttifaqı Türkiyə baş naziri R.Ərdoğanın rəsmi Ankara və “PKK” arasında danışıqların hüquqi bazasının yaradılmasının yersiz olması barədə son bəyanatlarından sonra ölkənin cənub-şərqində muxtariyyət yaradacaqları ilə hədələyib. Bu barədə Türkiyənin Todays Zaman nəşri yazır. KCİ qeyd edib ki, Ərdoğanın onsuz da dalana dirənmiş danışıqları davam etdirmək niyyəti olmadığını yəqin edən kürd xalqının ”öz iradəsi ilə demokratik muxtariyyət yaratmaqdan” savayı çıxış yolu yoxdur. Eyni zamanda kürd təşkilatı Türkiyə hökumətinə döyüş əməliyyatlarının bərpa oluna biləcəyi ilə də bağlı xəbərdarlıq edib.

Artıq aprelin 5-dən başlayaraq ökənin cənub-şərqində kürd terrorçularının fəllaşması barədə xəbərlər yayılmaqdadır. Həmin gün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilmiş məlumata görə, “PKK” yaraqlılarının Şemdinli əyalətində təhlükəsizlik qüvvələrinin məntəqəsini atəşə tutması nəticəsində bir hərbçi yaralanıb. Aprelin 6-da bir qrup silahlı separatçı Diyarbəkir-Bingöl avtomagistralını, təxminən 10 nəfərdən ibarət digər qrup isə Liçə bölgəsi yaxınlığındakı yolu bağlayıblar. Hadisə yerinə türk hərbçiləri gəlib, havaya helikopterlər qaldırılıb.
1757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39
Bəşər Əsəd 10