Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Çempionlar Liqasında qrup mərhələsinin III turunun qarşılaşmaları keçirilib

Qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürüb.

Çempionlar Liqasında 3 həftəlik fasiləyə yekun vurulub. Apasport.az saytının verdiyi xəbərə görə, qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürüb.

Turun ilk gününün ən maraq doğuran qarşılaşması Milanda baş tutub. İlk 2 turda məğlub olmayan 2 komandanın dueli həm də liderlərin matçı idi. Avropa nəhəngləri “Milan” və “Barselona”nın qarşı-qarşıya gəldiyi bu matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir qolla meydanı tərk edib.

Digər maraqlı görüş də Londonda baş tutub. Səfərdə “Arsenal”ın qonağı olan son ÇL finalçısı “Borussiya” qələbə sevinci yaşayıb. Dortmundlular rəqibi 2:1 hesabı ilə məğlb edərək qrup liderliyinə yüksəlib.

Almaniyada “Şalke”nin qonağı olan “Çelsi” də 3 xal qazanıb. Joze Mourinyonun yetirmələri 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Çempionlar Liqasında III tura bu gün A, B, C və D qruplarında keçiriləcək oyunlarla yekun vurulacaq.

Çempionlar Liqası
III tur
22 oktyabr

E qrupu

“Styaua” (Rumıniya) - “Bazel” (İsveçrə) - 1:1
QOL: Martins, 88 - Dias, 48

“Şalke” (Almaniya) - “Çelsi” (İngiltərə) - 0:3
QOL: Torres, 5, 69, Hazard, 88

F qrupu

“Arsenal” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya) - 1:2
QOL: O. Jiru, 41 - Mkitaryan, 16, Levandovski, 82

“Marsel” (Fransa) - “Napoli” (İtaliya) - 1:2
QOL: Ayev, 86 - Kalleyon, 42, Zapata, 67

G qrupu

"Porto" (Portuqaliya) - "Zenit" (Rusiya) - 0:1
QOL: Kerjakov, 86

Qırmızı vərəqə: Hektor Herrera, 6 ("Porto")

"Austriya" (Avstriya) - "Atletiko" (İspaniya) - 0:3
QOL: Raul Qarsiya, 8, Kosta, 20, 53

H qrupu

“Seltik” (Şotlandiya) - “Ayaks” (Hollandiya) - 2:0
QOL: Forrest, 45 (pen.), Kayal, 54 - Lasse Şon, 90

Qırmızı vərəqə: Nir Biton, 88 (“Seltik”)

“Milan” (İtaliya) - “Barselona” (İspaniya) - 1:1
QOL: Robinyo, 9 - Messi, 23
1766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı