Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

23 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, axşam güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Oktyabrın 23-ü axşamdan 25-i gündüzədək respublikanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir. Yağışlı hava şəraiti, havanın temperaturunun enməsi yalnız pambığın yetişməsinə, yığımına və qurudulmasına mənfi təsir edəcək. Ümumiyyətlə, belə hava payızlıq dənlilərin toxumlarının səpini, onların cücərməsi və göyərtilərin çıxması üçün əlverişli olacaq.
2033 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi