Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2014

Bu qidalar xərçəng riskini azaldır

Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb. Əvvəlki illərdən fərqli olaraq, artıq ölkədə bu xəstəliyə 22-28 yaşlı qadınlar da tutulur.

Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzindən bildirilib ki, əvvəllər Azərbaycanda qadınlar arasında süd vəzisi xərçənginə 55-65 yaşlı qadınlar arasında rast gəlinirdisə, bu gün artıq bu xəstəliyə daha çox 45-50 yaşlı insanlar arasında rast gəlinir. Bu isə süd vəzisi xərçənginin cavanlaşdığını göstərir. İndi 22-28 yaş arasında olan şəxslərdən azı 10-12 nəfəri xərçəngə tutulur.

Bu acınacaqlı halı nəzərə alaraq, xərçəng riskini azaldan və xərçəngə səbəb olan bəzi xəstəliklərdən qoruyan bir neçə qidanı araşdırdıq. Həmin qidaları sizlərə də təqdim edirik.

Ömrü uzadan 7 qida
Qəhvə, darçın və bu kimi ərzaqlar xərçəng, ürək xəstəlikləri və diabet şəkəri kimi xəstəliklərin qarşısını alır. Amerikanın Xərçəng Araşdırmaları İnstitutu belə qənaətdədir. Bu ərzaqların sayı 7-dir.
Badam: Hər gün yarım fincan, təxminən 30 qram badam yeyin. Omega-3 yağları ilə zəngin olan bu çərəz qandakı mənfi xolesterinləri 4,4 dəfə azaldır. Beləliklə, damar tıxanmalarının qarşısı alınır, qanın damarlardakı hərəkəti asanlaşır və ürək daha sağlam olur.

Qəhvə: Gündə iki fincan qəhvə orta yaşlarda başlayan 2-ci tip şəkərli diabetin qarşısını alır. Tərkibindəki kofein maddəsi diabetə tutulma riskini 35 faiz azaldır. Ağrıkəsici təsiri də mövcuddur. Lakin qəhvəni südlə içməyiniz məsləhətdir. Bununla qəhvənin sümükləri zəiflətməsinə əngəl olursunuz.

Darçın: Yeməkdən sonra darçınlı şirniyyata üstünlük verin. Şirin qida yemək istəmirsinizsə, 1 ç.q. darçını suya əlavə edib, için. Darçın qan şəkərini tənzimləyir, sinir sisteminin işini asanlaşdırır.
Kartof: Antioksidanla zəngin bu ərzaq Amerika Kənd Təsərrüfatı Nazirliyinin 100 ən yaxşı ərzağı siyahısında 17-ci yerdədir. Ağciyər xərçəngi, diabet şəkəri və infarktdan qoruyur. Lakin kartofu qızartma deyil, yağsız şəkildə pörtlədib yeməyə üstünlük verin.

Tərəvəz şorbası: Tox tutan, lakin kalorisiz yemək olduğundan, pəhrizdə olan şəxslərin seçimidir. Orqanizmdəki maye miqdarını tənzimləyir.

Zeytunyağı: Xərçəng riskini azaldır. Bir gündə 25 ml. zeytunyağı hüceyrələrə ziyan verən “8oxodG” adlı maddənin miqdarını azaldır. Müsbət xolesterinin səviyyəsinin artmasına səbəb olur. Bu da ürəyə xeyirlidir. Bir x.q. zeytunyağında 120 kalori var. Buna görə də, bir gündə 6 x.q.-dan artıq zeytunyağı zərərli ola bilər.

Çay: Qara və ya yaşıl – hər növ çay xərçəng riskinin azaldılmasında əhəmiyyətli rol oynayır. Çay xüsusilə qadınların yoluxduğu rahim xərçəngi riskini 50 faiz azaldır. Sinə xərçəngini isə 60 faizə qədər azaltmaq gücünə malikdir. Sözügedən içki infarktdan da qoruyur.
1682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber