Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Gənc cütlük özlərini dənizə ataraq intihara cəhd edib

Dənizkənarı Milli Parkda gənc cütlük özlərini dənizə ataraq intihara cəhd edib
Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkda intihara cəhd olub.

Təxminən 20 yaşları olan oğlan və qız özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gənclərin axtarışına çıxıblar.

Xilasedicilər saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 1993-cü il təvəllüdlü Niftəliyeva Nilufər Natiq qızı və Aslanov Xalid Faiq oğlunu xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar./apa/
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP