Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Qaradağda tank əleyhinə mərmilər aşkar olunub

Aşkarlanmış sursatın 2 ədəd istifadə üçün yararlı 100 mm-lik tank əleyhinə mərmi olduğu müəyyən olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda silah-sursat aşkar olunub.

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 2 ədəd istifadə üçün yararlı 100 mm-lik tank əleyhinə mərmi olduğu müəyyən olunub. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilmək üçün poliqona aparılıb.
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP