Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Luqanskda 60 adam girov götürülüb

Bu fakt Ukrayna Təhlükəsizlik xidmətinin binasını ələ keçirən Rusiya tərəfdarlarına qarşı əməliyyat zamanı müəyyən olub

Luqansk şəhərində Ukrayna Təhlükəsizlik xidmətinin (SBU) binasını ələ keçirən Rusiya tərəfdarlarına qarşı əməliyyat zamanı müəyyən olub ki, oradakı silahlı qruplaşma binanı minalayaraq 60-a yaxın adamı girov saxlayır, terrorçuların metodlarına əl atırlar.

Bu haqda xəbər yayan SBU qeyd edir ki, baş verənlər həm binanın içində, həm də onun yaxınlığında olan adamların həyatına təhlükə kəsb edir. “Ukrayna təhlükəsizlik xidməti tələb edir ki, cinayətkarlar girovları azad etsinlər, silahları yerə qoyub binanı minalardan təmizləsinlər” – deyə SBU-nun bəyanatında bildirlir.

Aprelin 6-da binanı zəbt edən şəxslər tələb edirlər ki, əvvəlki günlərdə həbs olunan Rusiya tərəfdarları azad olunsun.
1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı