Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

İran parlamentinin deputatları Avropaya səfərini təxirə salıb

İran parlamentinin deputatları Avropa Parlamentinin aprelin 6-da bu ölkənin əleyhinə qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Avropaya səfərini təxirə salıblar. “İTAR-TASS”ın verdiyi xəbərə görə, İran parlamenti dekabrda ölkəyə etmiş Avroparlamentin nümayəndə heyətinin rəhbəri Tarye Kronberqə müvafiq məktub ünvanlayıb. Qeyd olunan qətnamədə rəsmi Tehran insan hüquqlarını pozmaqda ittiham olunub.

İran parlamentinin nümayəndə heyəti Kronberqin dəvəti ilə 27-28 aprel tarixində Strasburqa səfər etməyi planlaşdırmışdı.
Qətnamə İranda kəskin etiraza səbəb olub. Aprelin 6-da İran parlamentinin 200-dən çox deputatı sənədi kəskin pisləyən bəyanat qəbul edib.
1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38
DOLLAR