Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Sərnişin qatarında terror: çox sayda ölən var

Hadisə zamanı qatarın 2 vaqonu relasdən çıxıb və qatar alovlanaraq yanmağa başlayıb

Paksitanda 16 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş verib. Hadisə sərnişin qatarına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Məlumata görə, Pakistan Bellucistan əyalətinin Şibi şəhərində stansiyada dayanmış qatarda partlayış baş verib. Hadisə zamanı qatarın 2 vaqonu relasdən çıxıb və qatar alovlanaraq yanmağa başlayıb. Terror faktı nəticəsində 16 nəfər ölüb, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, terror hadisəsi rəsmi İslamabadla Taliban qruplaşması arasında sülh müzakirələri aparıldığı bir vaxta təsadüf edib.
1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber