Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Windows XP-yə əlvida!

Microsoft şirkəti 12 illik ən populyar əməliyyat sisteminin texniki xidmətini dayandırır

Microsoft şirkəti fərdi kompyuter və noutbuklar üçün ən populyar və ən davamlı əməliyyat sistemi – Windows XP-nin texniki dəstəyini dayandırır. Şirkətin atdığı bu addım ağır sənayedən tutmuş insanların şəxsi həyatına kimi bütün sahələrə ciddi təhlükə yarada bilər. Hesablamalara görə, “günün bu günü” qlobal müəssisələrin və istehsalçıların 30 faizə yaxını hələ də 12 il yaşı olan bu əməliyyat sistemini işlədir. Microsoft 2001-ci ildən bəri xeyli sayda əməliyyat sistemi istehsal etsə də, XP sadəliyi və çoxfunksiyalığı, davamlılığı ilə bütün gözləntiləri aşıb.

İT eksperti Nik Yesdanon deyib ki, hazırda nə qədər insanın XP işlətdiyi dəqiq məlum deyil. Qartner elmi-tədqiqat şirkəti biznes sahəsinin kompüterlərinin 20-25 faizinin hələ də Windows XP əməliyyat sistemi ilə çalışdığını təxmin edir.

İstifadəçilər əlbəttə ki, oflayn rejimdə bundan sonra da əməliyyat sistemindən yararlana biləcək. Ancaq şirkət bundan sonra lisensiyalı istifadəçiləri təhlükəsizlik apdeytləri ilə təchiz etməyəcək, təhlükəsizliklə bağlı olmayan digər texniki problemləri həll etməyəcək və onlayn kontent yenilənməsi xidmətini təklif etməyəcək.

Microsoft şirkətinə görə, XP-nin texniki dəstəyini dayandırmaqla, şirkət əsas diqqəti yeni əməliyyat sistemlərinin və zəruri proqramlarının xidmətinə yönəldəcək. Evlərdə olan fərdi kompüterlərlə yanaşı, XP əməliyyat sistemindən su kollektoru müəssisələri, elektrik stansiyalarından tutmuş kiçik təsərrüfat müəssisələrinə kimi müxtəlif sektorlarda, tibb mərkəzlərində, hətta bankomatlarda belə istifadə olunur. Reypid 7 şirkətinin təhlükəsizlik üzrə analitiki Rene Aqueronun dediyinə görə, ATM-lərin dəyişdirilməsi, xüsusilə də proqram təminatının dəyişdirilməsi çox baha başa gələn prosesdir. Aqueronun dediyinə görə, texniki xidmətin dayandırılması bundan sonra XP əməliyyat sistemini haker hücumuna daha həssas edəcək.
1382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<