Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Berluskoni cəzasını ahıllara xidmət etməklə çəkəcək

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə bir il iş kəsilib. “Gazeta.ru”-nun məlumatına görə, İtaliyada çıxan “Avvenire” qəzeti bildirib ki, onun cəzasını hərəkəti məhdudlaşan qocalar evində çəkəcəyi gözlənilir.

Keçmiş baş nazir məcburi ictimai işə cəlb ediləcək.

Mənbənin məlumatına əsasən, İtaliyanın penitensiar hakimiyyəti artıq uyğun sorğu Milan məhkəməsinə müraciət edib. Bu həftə həmin müraciətə cavab veriləcəyi gözlənilir.

Bu cəzanın Berluskoni üçün ağır olmayacaq ehtimal olunur: “O, 9 ay ərzində həftədə bir dəfə qocaların yaşadığı mərkəzə gedəcək”.
1399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51