Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Həlak olan əsgərlərdən biri üçqat Azərbaycan çempionudur

Aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlayışından həlak olan əsgər Kərimov Seyfəddin Nəvai oğlu Gəncənin Şəhidlər Xiyabanında dəfn ediləcək.

Əsgər qohumu Yolçu Həsənov aprelin 8-də bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə nümayəndələri mərhumun Şəhidlər Xiyabanında dəfn olunmasını məsləhət görüb: “Biz də razılıq verdik”.

20 yaşlı Seyfəddin əsgərliyə ötən ilin oktyabr ayında gedib. Yunan-Roma güləşi üzrə üçqat Azərbaycan çempionudur. Yolçu Həsənovun sözlərinə görə, ailədə iki qardaş olublar: “Balaca qardaşı məktəblidir. Ailə əslən ermənistanlıdır. 1988-ci ildən Gəncədə məskunlaşıb. Mərhumun atasının ürəyi xəstədir, işləmir, anası təsərrüfatla məşğul olub ailəni dolandırır.

Seyfəddin 1 ay bundan qabaq əmisi oğlunun toyuna gəlmişdi. Axırıncı dəfə dünən anası ilə telefon əlaqəsi saxlayıb. Xeyli danışıblar. Hətta anası ilə zarafat da edib./mediaforum/
1719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10