Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Pirşağı sakinləri yolu bağlamağa çalışırlar

Pirşağı sakinləri avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, sakinlər bu gün saat 10.30 radələrində Kürdəxanı-Zabrat yolunu bağlamaq istəyiblər.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu göndərilib.

Sakinlər qəsəbə ərazisindən keçəcək Dairəvi yolun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazı olduqlarına görə bu addımı atıblar.

Polis sakinləri ərazidən uzaqlaşdırmağa çalışır./apa/
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41