Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Nəqliyyat qoçuları aktyor İlqar Cahangirə hücum etdi

“Əməkdar artist İlqar Cahangirə beynəlxalq avtovağzal yaxınlığında hücum olub”.

Bu barədə tanınmış aktyor özü məlumat verib.

Sayta danışan aktyor bildirib ki, hücum edən şəxslər ona məxsus mobil telefonun yaddaş kartını götürüb qaçıblar:

“Avtovağzal yaxınılığında dayanmışdım. 3-4 nəfər cavan oğlanın bir maşın sürücüsünə hücum etdiyini gördüm. Həmin oğlanlar özlərini nəqliyyat işçisi kimi qələmə verirdi.

Bir qədər sonra aydın oldu ki, həmin sürücü ailəsini avtovağzala gətirib, maşından ailəsini düşürən zaman özlərini nəqliyyat işçisi kimi təqdim edən şəxslər onu qanunsuz taksi fəaliyyətində günahlandıraraq üstünə hücum şəkib. O anı telefonun kamerası ilə görüntüləyən zaman həmin oğlanlardan biri arxadan məni vuraraq telefonu əlimdən aldı və yaddaş kartını çıxarıb telefonu özümə qaytardı. Çox kobud söyüşlər söyən o şəxslərin kimliyini müəyyən etmək mümkün olmadı. Ərazidə olan polislərə və nəqliyyat müfəttişlərinə həmin şəxslərin kimliyini soruşsaq da, heç kim tanımadı. Bizə bildirdilər ki, onlar rəsmən işçi deyillər. Mənim telefonumun kartı, digər vətəndaşın isə sənədləri həmin şəxslərdədir. Hələ ki avtovağzalda dayanıb gözləyirik”./axar/
1691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı