Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Bakıda sərnişinlər avtobus sürücüsünü döydü

Bu gün səhər saatlarında 6 saylı marşurut xəttilə hərəkət edən sərnişin avtobusunda metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında insident yaşanıb.

Məhz sürücünün sərnişinlərlə kobud davranması onun döyülməsilə nəticələnib. Hadisəni marşurut avtobusunda olan anstv-nin əməkdaşaları mobil telefonla lentə alıblar.

İnsident zamanı sürücü idarə etdiyi avtobusdan yerə düşərək sərşinilərlə mübahisə edib. Baş verən olaya səbəbsə, sürücünün içərisi sərnişinlə dolu olan avtobusu qəfil işə salması olub. Yəni anidən əyləcdən istifadə etməsi avtobusdakı sərişinlərin bir qisminin yıxılmasına səbəb olub.

Elə hər şey də bundan sonra başlayıb. Sərnişinlərdən biri sürücünün bu səhlənkarlığına göz yummayıb və ona təzyiq göstərib. Avtobusdan düşürülən sürücü digər sərnişinlər tərəfindən də təzyiqə məruz qalıb.

Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Onlar sərnişinlərlə sürücü arasındakı mübahisəni sakitləşdirməyə çalışıblar. İnsident səbəbindən sərnişinlərin əksəriyyəti işə, mənzil başına gecikiblər.

Sürücü isə hadisə yerindən uzaqlaşaraq yenidən sükan arxasına keçib. /musavat/
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP