Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

İcra başçısı etirazçılarla razılaşdı

Sabunçu rayon icra hakimi Adil Vəliyev aksiya iştirakçıları ilə görüşüb və ilkin razılıq əldə olunub.

Bu barədə evlərinin sökülməsi qarşılığında kompensasiyaların verilməməsinə etiraz olaraq Kürdəxanı yolunu bağlayan sakinlərdən biri məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə polislə bərabər, icra nümayəndələri də gəlib və etirazçıları icra başçısının görüşünə dəvət ediblər.

Görüşdə qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləği barədə icra başçısı sakinləri qane edəcək açıqlama verib: “Adil Vəliyev bizə bildirdi ki, evlər bazar qiyməti ilə dəyərləndiriləcək. Hazırda isə bu ərazidə evlərin kvadratmetrinin qiyməti 200-300 manat arasındadır. İcra başçısı həmçinin dedi ki, evlərinin torpaq haqqının icarə vaxtı bitdiyi üçün pul ödənilməyəcəyi bələdiyyə ilə danışılıb, burdakı torpaq sahəmizə uyğun olaraq, müvafiq yerdə hər birimizə torpaq sahəsi də ayrılacaq”.

Sakinlər bu təklifi qəbul ediblər./apa/
1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24