Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Vəkili hicab məhbusuna görə həyəcan təbili çaldı

5 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq” adlı etiraz aksiyasında həbs olunan Elçin Məmmədova qarşı təzyiqlər olunması ilə bağlı məlumat vermişdik. Verilən məlumatda qeyd olunurdu ki, Elçin Məmmədov 17 saylı CÇM-ə köçürüldükdən sonra orada camaat namazları təşkil etməsi səbəbindən "kars"a salınıb.

Həmin məlumatın yayılmasından bəri Elçin Məmmədovla görüşü mümkün olmayan vəkil Bəxtiyar Hacıyev Azadxeber.net- ə açıqlamasında artıq dünən saat 16:00 radələrində Elçinlə görüşün baş tutduğunu söylədi.

“Bir neçə müddət idi ki, texniki məsələlərlə bağlı mənə icazə məktubu gəlib çatmamışdı. İcazə məktubu aprelin 7- si çatıb və artıq dünən saat 16:00-da Elçinlə görüşmüşəm. Elçinin səhhəti heç də yaxşı deyil. Çox güman ki, mən pentensiar xidmətə müraciət edəcəm ki, onu müvəqqəti olaraq xəstəxanaya yerləşdirsinlər. Yəni qapalı tipli tibb müəssisəsinə keçirsinlər. Çünki soyuqdəyməsi var. Əsirdi və deyirdi ki, əməliyyat olunmalıyam . Həkim də baxıb deyib ki, əməliyyat olunmalısan, çünki Elçinin qrijası var. Böyüyüb və onda problem yaradır. Ümumiyyətlə səhhəti yaxşı deyil, heç saxlanma şəraiti də yaxşı deyil. Nə qədər soruşdum ki, səni döyən, ümumiyyətlə incidən olubmu? Heç nə demədi. Fiziki zorakılığa məruz qalıb qalmadığını nədənsə qorxub deməməsinə baxmayaraq mən hiss etdim ki, nəsə problemləri var. Faktiki olaraq əziyyət çəkir orada, amma nədən əziyyət çəkdiyini bildirmədi. Bir onu bildim ki, uzun müddətli “kars”da qalıb. Soruşdum ki, hansı qayda pozuntusuna yol verimisən ki, səni “kars”a salıblar? Heç onu da cavablandıra bilmədi ki, nəyə görə “kars”da olub. Hiss olunurdu ki, nədənsə qorxurdu”.
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36