Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Daha bir rus deputat Qarabağı Rusiyaya birləşdirməyə çağırdı

Rusiya Dövlət Dumasının deputatı, əslən Moldovanın Dnestryanı bölgəsindən olan Roman Xudyakov Dağlıq Qarabağ münaqişəsinin üçüncü həll yolunun Rusiyaya birləşmək olduğunu deyib.

Bu barədə deputat Ermənistanın 1in.am saytına müsahibəsində deyib.

Roman Xudyakov Dövlət Dumasında Vladimir Jirinovskinin lideri olduğu Liberal-Demokrat Partiyasını təmsil edir. Qarabağın Rusiyaya birləşdirilməsi barədə təkliflə çıxış edən də bundan əvvəl məhz Jirinovski olmuşdu.

R.Xudyakov deyib ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Dnestryanı bölgə öz növbəsini gözləyir.

"Dnestryanı bölgədə əhalinin az qala yarısı - 250 min adam Rusiya vətəndaşıdır. Qalanlar da özlərini bu və ya digər formada Rusiya ilə assosiasiya edir. 2006-cı ildə orada referendum keçirilib və əhalinin 97 faizi Dnestryanı bölgənin Rusiyanın tərkibinə daxil olmasına səs verib” - deyə deputat bildirib.

R.Xudyakov deyib ki, Qarabağ münaqişəsi də gec-tez həll edilməlidir. Lakin Rusiyanın bu gün münaqişənin nizamlanmasında iştirak etməyə vaxtı yoxdur, çünki əsas diqqəti Ukraynaya, Dnestryanı bölgəyə yönəlib.

"Vladimir Volfoviç isə münaqişənin başqa yolla həllini təklif etdi. Dedi ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həll olunması üçün üçüncü yolu tapmaq lazımdır. Elə yol ki, nəzəri olaraq Qarabağın Rusiyanın tərkibinə daxil olması həll edilsin. Onu dərhal separatizmi qızışdırmaqda ittiham etdilər, ancaq yeganə məqsəd yeni müharibəni əngəlləmək idi. Hesab edirəm ki, regionda sülh naminə Ermənistan da, Azərbaycan da bu ssenariyə razılaşa bilər. Əsas məsələ yeni müharibəyə imkan verməməkdir. İstənilən halda münaqişənin nizamlanması yaxın perspektivdə mümkün olmayacaq” - deyə Xudyakov bildirib.
1755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:49
Dolların m