Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Ukraynanın Luqansk şəhərində “xalq respublikası” yaradıla bilər

Ukraynanın Luqansk şəhərində rusiyameylli fəallar “xalq respublikası” elan etmək niyyətindədirlər.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Donbasın "Xalq könüllüləri" adlandıran rusiyameylli dəstəsinin nümayəndəsi Sergey Tsıplakov bəyan edib.

“Yaxın günlərdə Luqanskda xalq respublikasının yaradılması baş tutacaq”, - deyə Tsıplakov bildirib. Onun sözlərinə görə, Donetskdən olan fəallar daima Luqansk ilə əlaqədədirlər.

Xatırladaq ki, aprelin 7-də rusiyameylli nümayişçilər Xarkovda, Donetskdə və Luqanskda bir sıra inzibati binanı ələ keçirmişdilər, Donetsk və Xarkovda “xalq respublikaları” yaradılmışdı.

Aprelin 8-də isə Donbasın vətənpərvər qüvvələri Komitəsi “Donetsk xalq respublikasının” yaradılması haqqında qərarı ləğv etdiyini bildirmişdi.
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:48