Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Qorbaçov SSRİ-ni dağıtmaqda ittiham edildi

Rusiya Dövlət Dumasının deputatları Qorbaçovu SSRİ-ni dağıtmaqda ittiham edib

Rusiya Dövlət Dumasının bir qrup deputatı ölkənin Baş prokuroru Yuriy Çaykanın adına sorğu ilə müraciət edərək, Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamağı tələb ediblər.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, bununla millət vəkilləri Mixail Qorbaçova qarşı cinayət işinin açılmasına nail olmaq niyyətindədirlər.

“Deputatlar müraciətlərində göstərirlər ki, Sovet İttifaqının vətəndaşları referendumda vahid dövlətin saxlanılmasına səs versələr də, ali rəhbərliyin qeyri-qanuni hərəkətləri ölkənin dağılmasına gətirib çıxarıb”, - sənədi dərc edən “İzvestiya” qəzeti yazıb.

Bundan başqa sorğuda qeyd olunur ki, 1991-ci il, noyabrın 4-də SSRİ Baş prokurorluğu nəzdindəki dövlət təhlükəsizliyi haqqında qanunların icrasına nəzarət İdarəsi prezident Qorbaçova qarşı cinayət işi açıb. Lakin bir gün sonra, son Sovet rəhbərinin təzyiqi altında, SSRİ Baş prokurorluğu cinayət işinin açılması barədə qərarı ləğv edib.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı