Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

Bu gün Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək

Aprelin 10-da futbol üzrə qitənin ikinci dərəcəli klub turniri - Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Turnirin favoriti hesab edilən Turinin “Yuventus” klubu Fransanın “Lion” komandasın qəbul edəcək.

Bundan başqa, Ispaniyanın “Sevilya” komandası Portuqaliyanın “Portu”, digər ispan klubu– “Valensiya” İsveçrənin “Bazel”, daha bir Portuqaliya təmsilçisi "Benfika" öz meydanında Hollandiyanın "AZ Alkmaar" klubu ilə qarşılaşacaq.

1/4 finalın bütün cavab oyunları Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri:

“Porto” – “Sevilya” - 1:0

“Alkmaar” – “Benfika” - 0:1

“Lion” – “Yuventus” - 0:1

“Bazel” – “Valensiya” - 3:0.
1802 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP