Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2014

ABŞ-da daha bir edam

ABŞ məhkəməsi Lyanasanı özünün iş rəhbərini öldürməkdə, onun həyat yoldaşını isə zorlamaqda təqsirli bilib

ABŞ-da daha bir meksikalı edam edildi. Meksika vətəndaşı olan Ramiro Ernandes Lyanas dünən ABŞ-ın Hantsvill şəhərində yerləşən cəzaçəkmə müəssisəsində 14 il bu hökmü gözlədikdən sonra edam edilib.

2000-ci ildə ABŞ məhkəməsi Lyanasanı özünün iş rəhbərini öldürməkdə, həyat yoldaşını isə zorlamaqda təqsirləndirib. O, adam öldürmək, zorlama və mülkiyyətin oğurlanmasına görə ölüm hökmünə məruz qalıb.

Edam iynə ilə icra edilib. Lyanas ABŞ-da edam olunan 10-cu meksikalı oldu. Bundan əvvəlki 8 edam hökmləri Texasda, biri isə Virciniyada yerinə yetirilib. Bu ilin yanvarında Texasda eyni həbsxanada edam edilən meksikalı Edqar Tamayo Arias 1994-cü ildə Hyustonda polisi öldürdüyünə görə bu cəzaya layiq görülüb./ans/
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34